Mərakeşli nazir Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüşüb
Published 25 November 2022
Mərakeş Krallığının Xarici İşlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilər üzrə naziri Nasser Bourita Fezdə Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 9-cu Qlobal Forumunun iştirakçıları ilə bir sıra danışıqlar aparıb.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, nazir N.Bourita Mərkəzin üzvləri olan Latviya, Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan və Çexiyanın sabiq prezidentləri və hökumət başçılarını, habelə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının, Ərəb Dövlətlər Liqası, ICESCO-nun sabiq prezidentləri olan heyətlə görüşüb.
Mərkəzin həmsədri və Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın mətbuata verdiyi açıqlamada görüşün Krallığın siyasi inkişafı, Mərakeşin Qərbi Sahara probleminin həlli, eləcə də qonşu ölkələrlə davam etdirdiyi əlaqələr haqqında məlumat əldə etmək üçün fürsət olduğunu deyib.