Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə BMT Cenevrə Ofisinin Cenevrədəki Ali-Səviyyəli toplantısı keçirilib.
Published 16 January 2023
Toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Birləşmiş Millətlər Təşkilatının Cenevrə ofisinin birgə təşkilatçılığı ilə həyata keçdi.
"Parçaları Toplamaq: Bölünmüş Dünyanın Bərpasındakı Çətinliklər" başlığı ilə 12-13 Yanvar tarixində keçirilən Ali Səviyyəli toplantıda Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Dr. Tedros Adhanom Qebreyesus, BMT-nin Cenevrə Ofisinin baş direktoru xanım Tatyana Valovaya, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino o cümlədən Xorvatiyanın sabiq prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, İsveçrənin sabiq prezidenti Mişelin Kalmi Rey, Gürcüstanın sabiq prezidenti Giorgi Marvelaşvili, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Norveçin sabiq baş naziri Kyel Maqne Bondevik, Belçikanın sabiq baş naziri İv Leterm və Ərəb Liqasının sabiq baş katibi Amr Musa daxil olmaqla dünyanın 22 ölkəsindən 13 sabiq prezident, 6 sabiq baş nazir və 10-dan çox sabiq xarici işlər naziri toplantıda iştirak etmişdir.
Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə elan edilmiş “Nizami ili” çərçivəsində, Mərkəz tərəfindən nəşr olunan “Qələmin Sehri” – Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş əlyazmalar kitabının xüsusi nəşri Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorinoya, İsveçrənin sabiq Prezidenti Mişelin Kalmi Reyə təqdim olunub.
Məlumat üçün bildirilir ki, tədbir çərvivəsində X Qlobal Bakı Forumunun yekun hazırlıqları səbəbi ilə təşkilat komiyəsinin dördüncü toplantısı keçirilmişdir. Qeyd edək ki, Forum çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə beynəlxalq konfransin keçirilməsi qərarlaşdırılıb.