Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Yolanta Kvasnevska Fondu arasında əməkdaşlıq memorandumu imzalanacaq
Published 30 March 2022
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Polşanın Varşava şəhərinə səfər edərək Yolanta Kvasnevska və Aleksander Kvasnevski Fondunun koordinatorları ilə görüş keçiriblər.
Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvü, Gürcüstanın sabiq Baş nazirinin müavini və sabiq xarici işlər naziri xanım Eka Tkeşelaşvili, Baş katib Rövşən Muradov və Ukraynanın sabiq birinci xanımı Katerina Yuşşenkonın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Fondun koordinatorları müharibə köçkünləri ilə işləməklə bağlı məlumatları, öz təcrübələrini və həyata keçirilən layihələrə aid məlumatlar veriblər.
Səfər çərçivəsində Varşavanın Torvar zalında məskunlaşan məcburi köçkünlər ziyarət edilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Yolanta Kvasnevska Fondunun əlaqələrini gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalayacaqları gözlənilir.
Xatırladaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Yolanta Kvasnevska Fondunun birgə təşkilatçılığı ilə aprel ayında Varşavada müharibə köçkünlərinə həsr olunan böyük toplantının keçiriləcəyi razılaşdırılıb.