Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Cenevrədə 26-cı Ali Səviyyəli toplantısı baş tutacaq.
Published 4 January 2023
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin növbəti Ali Səviyyəli toplantısı 12-13 yanvar tarixlərində BMT-nin Cenevrə ofisi ilə birgə əməkdaşlıq çərçivəsində baş tutacaq.
Qeyd edək ki, İsveçrənin Cenevrə şəhərində baş tutacaq toplantının başlığı “Parçaları Toplamaq: Bölünmüş Dünyanın Bərpasındakı Çətinliklər” olduğu mərkəz tərəfindən bildirilib. Toplantıda sülh və təhlükəsizlik, qlobal sağlamlıq strategyası, miqrasiya və qaçqın krizisi, multilateralizm və bir çox qlobal dünya gündəliyində əsas yer tutan məsələlər müzakirə olunacaq.
Toplantının açılışında BMT-nin Cenevrə ofisinin baş direktoru xanım Tatyana Valovaya, Mərkəzin həmsədrləri Xanım Vayra Vike-Frayberqa və Dr. İsmail Seragəldin, BMT-nin Cenevrə Ofisinin baş direktorunun aparat rəhbəri Devid Şıkvaidze, BMT-nin Baş Assembleyasının 75-ci prezidenti Volkan Bozkır və 73-cü prezidenti Mariya Fernanda Espinoza çıxış edəcək.
O cümlədən, Xorvatiyanın sabiq prezidenti xanım Kolinda Qrabar-Kitaroviç, Gürcüstanın sabiq prezidenti Giorgi Marvelaşvili, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliev, Belçikanın sabiq baş naziri İv Leterm və Ərəb Liqasının sabiq baş katibi Amr Musa daxil olmaqla dünyanın 22 ölkəsindən 13 sabiq prezident, 6 sabiq baş nazir və 10-dan çox sabiq xarici işlər naziri toplantıda iştirak edəcək.