Sloveniya prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib
Published 29 March 2022
Görüşdə mərkəzin İdarə heyətinin üzvü - Gürcüstanın sabiq Baş nazir müavini, sabiq xarici işlər naziri Eka Tkeşalaşvili, Mərkəzin baş katibi Rövşən Muradov, baş katib müavini İlahə İbrahimli iştirak ediblər.
Görüş zamanı Sloveniya prezidentinə mərkəz inregional və qlobal miqyasda keçirdiyi layihələr, Ukrayna müharibəsinin yaratdığı qaçqın böhranı və onun törədə biləcəyi fəsadlar haqda müzakirələr aparılıb.
Sloveniya prezidentinə qarşıda gələn IX Qlobal Bakı Forumuna dəvət təqdim edilib. Forumun mühüm əhəmiyyət daşıdığı, qlobal problemlərin müzakirə edildiyi nüfuzlu siyasi platformaya çevrildiyi vurğulanıb.
Sloveniya prezidenti Borut Pahora mərkəzin həm-sədri xanım Vayra Vike-Freiberganın müəllifi olduğu “Nizami Gəncəvinin “Yeddi gözəl”i və ədəbiyyatdan digər esselər” və “Qələmin sehri, Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər” kitabı təqdim olunub.
Qeyd edək ki, Mərkəzin nümayəndələri daha öncə Rumıniya, Moldova, Polşada səfərdə olublar.