Latviyanın baş nazirinin müavini Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub
Published 28 April 2022
Latviyanın Baş Nazirinin müavini, Müdafiə naziri cənab Artis Pabriks Azərbaycana səfəri çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzində olub.
Qonaqlara Mərkəzin regional təhlükəsizlik, Ukrayna qaçqın və humanitar böhranı ilə bağlı fevral-aprel aylarında Rumıniya, Moldova, Bolqarıstan və Polşada yerləşən qaçqın düşərgələrinə baş tutan səfərlər, IX Qlobal Bakı Forumuna hazırlıqla bağlı Yunanıstanda təşkil olunmuş XXIII Ali Səviyyəli toplantı, o cümlədən IX Qlobal Bakı Forumuna hazırlıqla bağlı Bosniya və Herseqovina, Sloveniya, Albaniya, Şimali Makedoniya və Türkiyədə mərkəzin üzvlərinin keçirdikləri toplantılar haqda məlumat verilib.
Cənab Artis Pabriks iyun ayında keçiriləcək IX Qlobal Bakı Forumuna dəvət edilib və qonaqlara Mərkəzin həmsədrləri olan Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqanın “Nizami Gəncəvinin yeddi gözəli və ədəbiyyatda digər esselər” və Dünya Bankının sabiq Vitse-Prezidenti olan cənab İsmayıl Seragəldinin “Nizami Gəncəvi: Şair və Müdrik” kitabları və hədiyyələr təqdim olunub.
O cümlədən qonaqlara Mərkəzdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmalarından ibarət sərgisi təqdim olunubdur.
Cənab Anrtis Pabriks, Mərkəzin may ayında Riqada səfərdə olacaq Baş Katib və üzvlərini qəbul edərək daha ətraflı fikir mübadiləsi aparacağı razılaşdırılıb.