Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2022 Ümumdünya Səhiyyə Sammitində iştirak edir

16-18 oktyabr 2022-ci il tarixlərində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts, Ümumdünya Səhiyyə Təşkilatının baş Direktorunun himayəsi Almaniyanın Berlin şəhərində “Sağlamlıq üçün seçim etmək“ mövzulu “2022 Dünya Səhiyyə Sammiti” təşkil olunacaq.

Qeyd edek ki, Ümumdünya Səhiyyə Sammiti 2009-cu ildən etibarən hər il Berlin şəhərində keçirilən, dünyanın aparıcı qlobal sağlamlıq konfranslarından biridir. İlk dəfə Charite-nin yaranmasının 300 illiyi münasibətilə təşkil olunan konferansın işində dünyanın 100-ə yaxın ölkəsindən nüfuzlu elm, biznes, siyasət və vətəndaş cəmiyyətindən 2500 ekspert qlobal səhiyyənin ən mühüm məsələlərini müzakirə edib və tövsiyələr təqdim edirlər.

Ümumdünya Səhiyyə Sammiti ənənəvi olaraq Almaniya kanslerinin himayəsi altında keçirilir. 2013-cü ildən Avropa Komissiyasının sədri və 2019-cu ildən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru da Ümumdünya Səhiyyə Sammitinin himayədarlarına cəlb olunublar.

2022 Dünya Səhiyyət Sammitində 100 ölkədən, 6000-ə yaxın iştirakçının iştirakı nəzərdə tutulur. Nizami Gəncəvi Breynəlxalq Mərkəzi Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığı çərcivəsində 2022 Dünya Sammitində aktiv iştirak edir. Beləki Mərkəzin üzvləri olan Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, Xorvatiyanın sabiq Prezidenti Kolinda Qrabar-Kitaroviç, Yunanıstanın sabiq Baş naziri George Papandreou, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, İngiltərənin sabiq Baş naziri Qordon Broun, İsrailin sabiq Baş nazir müavini Tzipi Livni, Gürcüstanın sabiq Baş nazir müavini Eka Tkeşelaşvili, Bosniya və Herzeqovinanın sabiq Baş naziri Zlatko Laqumdziya, Ukraynanın sabiq Birinci xanımı Kateryna Yuşşenko, BMT-Baş Assambleyasının 73cü Prezidenti Maria Fernanda Espinoza, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi: “Dəyişən Dünyada Qlobal Prioritet kimi Sağlamlıq və Miqrasiyaya Müraciət”, “Müharibə və Münaqişələrdə Humanitar Sağlamlıq”, “Sülh üçün Sağlamlıq Sağlamlıq Müdaxilələri-Sülh və Sosial Birliyə necə töhfə verə bilər” “Sağlamlıq Sistemlərinin Dayanıqlığını Səhiyyə Bərabərliyi Gündəliyi ilə Necə Birləşdirmək olar”, “Sağlamlığın Rəqəmsal Transformasiyası üçün daha çox və daha yaxşı maliyyələşdirmənin təmin edilməsi Sistemləri”, “Gələcəyə Hərəkət: Sağlamlıq üçün Siyasi Seçim” kimi panellərdə iştirak ediləcəkdir.